SON DƏQİQƏ
» » “Caspian Energy”nin 20 illiyi Gürcüstanda geniş qeyd olunacaq

“Caspian Energy”nin 20 illiyi Gürcüstanda geniş qeyd olunacaq

Tarix:

20-06-2019, 17:59

/ 2 014 dəfə oxundu.
“Caspian Energy”nin 20 illiyi Gürcüstanda geniş qeyd olunacaq

 “Caspian European Club”un dəstəyi ilə çap olunan “Caspian Energy” jurnalı bu il 20 illik yubileyini müxtəlif ölkələrdə qeyd edir. Yubiley tədbirləri silsiləsi iyunun 21-də Gürcüstanın paytaxtında keçiriləcək 8-ci beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019” ilə açılacaq.

Bu barədə GunAz.az-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Caspian Energy Forum Tbilisi – 2019” Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadiyyat və enerji sahəsində inkişafına həsr olunub. Forumun açılışında Gürcüstan Prezidenti Salome Zurabişvilinin müraciəti oxunacaq, Gürcüstanın Prezident Administrasiyasının nümayəndələrinin, xarici dövlətlərin səfirlərinin, həmçinin Gürcüstan hökumətinin iqtisadiyyat və enerji blokunu təmsil edən yüksəkvəzifəli məmurlarının çıxışları dinləniləcək.

“Caspian Energy Forum Tbilisi – 2019”da aralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin də yer aldığı 30 ölkənin 300-dən çox nümayəndəsi iştirak edəcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

Tbilisi forumunun təşkilatçısı “Caspian Energy Georgia” şirkətidir. Forum Gürcüstan Hökumətinin, Azərbaycan Respublikasının Hökumətinin və “Caspian European Club”un dəstəyi ilə keçirilir.

“Caspian European Club” və onun Gürcüstan tərəfdaşı olan “Caspian Energy Georgia” bu ilin sentyabrından aylıq biznes-forumların və “CEO Lunch Tbilisi”nin təşkilinə başlayacaq. “Caspian European Club”un dünyanın 70 ölkəsindən olan bütün üzvlərinin Gürcüstanın investisiya imkanları, hökumətin iqtisadiyyatın müxtəlif sahələrində biznes layihələrinin həyata keçirilməsi üçün yaratdığı şəraitlə tanış olmaq, həmçinin Gürcüstan şirkət və təşkilatları ilə sıx və qarşılıqlı səmərəli əlaqələr qurmaq üçün nadir imkanları olacaq. Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019”a qeydiyyat “www.caspianenergyforum.com” saytında aparılır.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ