SON DƏQİQƏ

Ankarada Belarus diplomatına hücum edilib

Tarix:

25-07-2019, 20:10

/ 1 951 dəfə oxundu.
Ankarada Belarus diplomatına hücum edilib

Türkiyənin Ankara şəhərində Belarus diplomatına silahlı hücum edilib. 

GunAz.az "Sputnik"ə istinadən xəbər verir ki, səfirin müşaviri Aleksandr Poqanşevə onun istefada olan hərbçi qonşusu Mehmet Bayram odlu silahdan atış açıb.

Poqanşev ağır yaralanaraq xəstəxayana çatdırılıb.

Cinayəti törədən Bayram isə eyni binada yaşayan  bacısının evinə gedərək intihar edib.

Ankara qubernatoru Vasip Şahin hadisənin münaqişə zəminində baş verdiyini, heç bir siyasi tərəfi olmadığını açıqlayıb.

скачать dle 12.1

Şərhlər