SON DƏQİQƏ
» » Kılıçdaroğluna hücumla bağlı cinayət işi açıldı

Kılıçdaroğluna hücumla bağlı cinayət işi açıldı

Tarix:

22-04-2019, 10:05

/ 10 150 dəfə oxundu.
Kılıçdaroğluna hücumla bağlı cinayət işi açıldı

Aprelin 21-də Ankarada şəhidin dəfn mərasimində CHP lideri Kamal Kılıçdaroğluya qarşı edilmiş hücumla bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ankaranın baş prokuroru Yüksel Kocaman bildirib.

Onun sözlərinə görə, sözügedən hücumun terrorla əlaqəsi olub-olmadığı və ya provakasiya ehtimalı araşdırılır. 

Ankara valisi Vasip Şahin isə CHP liderinə qarşı hücumu kəskin şəkildə tənqid edərək Kılıçdaroğlunun təhlükəsizliyinin təmin olunduğunu bildirib.

O, həmçinin qeyd edib ki, insidenti törədən şəxslər barəsində tədbirlər görülüb.

скачать dle 12.1

Şərhlər