Ankarada Belarus diplomatına hücum edilib

Türkiyənin Ankara şəhərində Belarus diplomatına silahlı hücum edilib.
GunAz.az "Sputnik"ə istinadən xəbər verir ki, səfirin müşaviri Aleksandr Poqanşevə onun istefada olan hərbçi qonşusu Mehmet Bayram odlu silahdan atış açıb.
Poqanşev ağır yaralanaraq xəstəxayana çatdırılıb.
Cinayəti törədən Bayram isə eyni binada yaşayan bacısının evinə gedərək intihar edib.
Ankara qubernatoru Vasip Şahin hadisənin münaqişə zəminində baş verdiyini, heç bir siyasi tərəfi olmadığını açıqlayıb.