SON DƏQİQƏ
» » Dünyanı 70-ci illərin iqtisadi şoku gözləyir - Proqnoz

Dünyanı 70-ci illərin iqtisadi şoku gözləyir - Proqnoz

Tarix:

4-07-2019, 15:41

/ 1 273 dəfə oxundu.
Dünyanı 70-ci illərin iqtisadi şoku gözləyir - Proqnoz

1970-ci illərdə baş verən qlobal iqtisadi şok təkrarlana bilər.

GunAz.az xəbər verir ki, bunu “Saxo Bank”ın investisiyalar üzrə direktoru, baş iqtisadçı Stin Yakobsen deyib.

“Bu gün qloballaşma maksimum həddə çatıb. Çin hər şeyi istehsal edir, ona görə də istehsalın ucuzlaşması prosesi özünü tükədib. Mərkəzi bankların səhvən aşağı inflyasiyaya diqqətlərini artırması fonunda biz əsl ideal fırtına əldə edirik. Antiqloballaşma, ekoloji səbəblər, istehsal vahidlərinin dəyərinin artırılması, infrastruktura fiksal müdaxilə və digərləri 1970-cı ildə müşahidə edilən kimi təklif sferasında qlobal şokun təkrarlanmasına gətirib çıxaracaq”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da iqtisadi böhran 1973-cü ilin sonunda başlayıb. Bu böhran dövründə ABŞ-da sənaye istehsalı 13%, Yaponiyada 20%, Almaniyada 22% azalmışdı. 1975-ci ilin ortalarında inkişaf etmiş ölkələrdə işsizlərin sayı 15 milyon nəfərə çatmışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər