SON DƏQİQƏ
» » III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

Tarix:

8-11-2017, 16:37

/ 1 605 dəfə oxundu.
III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”.

Gunaz.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib.

“Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.

Qeyd edək ki, ABŞ oktyabrın 30-dan “Global Thunder” (“Qlobal ildırım”) strateji nüvə güclərinin təlimlərinə başlayıb. Təlimlərdə qlobal zərbə vasitələri və raket əleyhinə müdafiə sistemlərinin hərəkətləri yerinə yetirilir. Təlimlər çərçivəsində “B-2” strateji bombardmançıları Sakit okean komandanlığının məsuliyyət zonasında uçuşlar həyata keçirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ