SON DƏQİQƏ
» » Tiflisdə ABŞ və Rusiya Anakliya davası aparır – Şərh

Tiflisdə ABŞ və Rusiya Anakliya davası aparır – Şərh

Tarix:

4-07-2019, 11:20

/ 1 774 dəfə oxundu.
Tiflisdə ABŞ və Rusiya Anakliya davası aparır – Şərh

Tiflisdə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi 2020-ci ildə tikintisi başa çatmalı olan Anakliya limanıdır.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov Gürcüstanda baş verən aksiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, son zamanlar İvanişvili hökumətinin gah nala, gah da mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi və gətirdi:

“Onu deyə bilərəm ki, Gürcüstan çox həssas dövrə qədəm qoydu. Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən Anakliyada ABŞ-ın hərbi bazası olacaq və o baza Rusiya və İranı hədəfə alacaq. Lakin Tiflisin planı tamam başqadır. Gürcüstan Anakliyanı iqtisadi liman kimi istifadə edib, ildə təxminən 1 milyard qazanmaq istəyir. Təbii ki, üst-üstə düşməyən bu planlar Vaşinqtonu bəzi addımlar atmağa məcbur etdi”.

Politoloqun sözlərinə görə, Rusiya Anakliyanın geoiqtisadi və hərbi layihəsinin baş tutmasına heç vaxt razılıq verməyəcək:

“Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir. Buna görə də Kremlin qarşısında bir yol qalır: nəyin bahasına olursa-olsun, Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutmasına izin verməmək”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər