SON DƏQİQƏ
» » ABŞ İrana görə Qətərə yeni qırıcılar yerləşdirib

ABŞ İrana görə Qətərə yeni qırıcılar yerləşdirib

Tarix:

29-06-2019, 08:21

/ 886 dəfə oxundu.
ABŞ İrana görə Qətərə yeni qırıcılar yerləşdirib

ABŞ ilk dəfə olaraq Qətərdə yerləşən Əl-Udeyd aviabazasına beşinci nəsil "F-22" qırıcıları yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələri komandanlığına istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, bu tip təyyarələr Amerika qüvvələrini qorumaq üçün orada saxlanılacaq.

Əl-Udeyd Amerikanın Yaxın Şərqdə bir neçə min hərbçisinin saxlanıldığı əsas bazasıdır.

Yeni təyyarələrin ora göndərilməsinin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verdiyi bildirilir.

скачать dle 12.1

Şərhlər