SON DƏQİQƏ

Genişmiqyaslı hərbi təlimlər başladı

Tarix:

4-12-2017, 08:24

/ 1 824 dəfə oxundu.
Genişmiqyaslı hərbi təlimlər başladı

ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də genişmiqyaslı birgə təlimlərə başlayıb.

Gunaz.az-ın RT-yə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.

Məlumata görə, təlimlərə 12 000 hərbçi və 230-dan çox hərbi texnika cəlb edilib.

ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-lərinin döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirməkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ