SON DƏQİQƏ
» » Britaniya da İranı ittiham etdi - Tankerə hücum

Britaniya da İranı ittiham etdi - Tankerə hücum

Tarix:

14-06-2019, 23:36

/ 1 900 dəfə oxundu.
Britaniya da İranı ittiham etdi - Tankerə hücum

Böyük Britaniya Oman körfəzində tankerlərdə baş verən partlayışlara görə İranı ittiham edib.

GunAz.az xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında deyilib.

“Baş verən hadisədən sonra Britaniya belə bir qənaətə gəldi ki, İran silahlı strukturlarından biri – İran İslam İnqilabı Keşikçiləri Korpusu 13 iyunda 2 tankerə hücum edib.

Dövlət tərəfindən dəstəklənməyən heç kim bunun məsuliyyətini öz üzərinə götürə bilməz”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.

Oman körfəzindəki iki neft tankerində partlayış dünən baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər