SON DƏQİQƏ

Bu hücum ABŞ-ın əməlidir - İranlı deputat

Tarix:

14-06-2019, 20:36

/ 1 906 dəfə oxundu.
Bu hücum ABŞ-ın əməlidir - İranlı deputat

Oman körfəzindəki hücum ABŞ-ın əməlidir.

GunAz.az xəbər verir ki, bu sözləri iranlı deputat Ələddin Borucerdi deyib.

O bildirib ki, bu olay ABŞ-ın Yaxın Şərqə yönəlik dağıdıcı fəaliyyətinin davamıdır:

“ABŞ 10 ildir ki, bu siyasəti tətbiq edir”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.

Oman körfəzindəki iki neft tankerində partlayış dünən baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ