SON DƏQİQƏ
» » Pompeo: İranın ABŞ qüvvələrinə hücumu cavabsız qalmaz

Pompeo: İranın ABŞ qüvvələrinə hücumu cavabsız qalmaz

Tarix:

9-04-2019, 08:43

/ 10 165 dəfə oxundu.
Pompeo: İranın  ABŞ qüvvələrinə hücumu cavabsız qalmaz

İranın Yaxın Şərqdə ABŞ qoşunlarına mümkün hücumu Tehran üçün cavabsız qalmaz.

Trend-in məlumatına görə, bunu jurnalistlərin qarşısında çıxış edən ABŞ dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo bildirib: "Mən keçmişdə İranın xarici işlər naziri Zərifin çox bəyanatlarını eşitmişəm. Biz aydın şəkildə göstərdik ki, - həm ictimai, həm də özəl qaydada - ABŞ-ı hücum etməklə hədələyərək onlar iki dəfədən artıq düşünməlidirlər".

Dövlət katibi vurğulayıb ki, ABŞ bir həftədən sonra İslam İnqlabı Keşikçiləri Korpusunu ölkənin xarici terror təşkilatları siyahısına daxil edəcəklər.

Bundan əlavə M.Pompeo qeyd edib ki, İslam İnqlabı Keşikçiləri Korpusu və general Qasem Süleymani bir neçə il öncə İraqda 603 ABŞ hərbçisinin ölümündən məsuliyyətlidirlər.

Dövlət katibindən sonra çıxış edən Dövlət Departamentinin terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls bildirib ki, İslam İnqlabı Keşikçiləri Korpusunu dəstəkləyən xarici vətəndaşlar ABŞ ərazisində 20 il həbs cəzası ilə qarşılaşa bilərlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ