SON DƏQİQƏ
» » Pompeo: ABŞ Rusiya ilə əməkdaşlıq etmək istəyir

Pompeo: ABŞ Rusiya ilə əməkdaşlıq etmək istəyir

Tarix:

2-04-2019, 09:34

/ 10 189 dəfə oxundu.
Pompeo: ABŞ Rusiya ilə əməkdaşlıq etmək istəyir

ABŞ administrasiyası Rusiya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları axtarır.

GunAz.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Pensilvaniya ştatında jurnalistlərin suallarını cavablandırarkən deyib.

M.Pompeo bildirib: "Prezident Donald Tramp göstərdi ki, biz həmişə Rusiya ilə birgə işləyə biləcəyimiz qarşılıqlı maraq doğuran sahələr axtarırıq və axtarmışıq. Mən MKİ-nin rəhbəri olan zamanlarda biz terrorçuluğa qarşı birgə çox fəal işləyirdik".

Dövlət katibi qeyd edib ki, maraqların uyğun gəlmədiyi sahələr də var: "Mən ümid edirəm ki, bu sahələr üzrə bizim Rusiyayla dialoqumuz olar".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ