
Normandiya əməliyyatının 75-ci ildönümü ilə bağlı təşkil edilən mərasimə gələn ABŞ-ın birinci xanımı Melaniya Trampın geyim tərzi müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, qırmızı xalça üzərində yeriyən M.Trampın qara geyimi, qara ayaqqabısı və qara eynəyi birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri Trampın xanımının belə bir önəmli tədbiri sanki yas mərasimi ilə səhv saldığını bildiriblər.
Öz növbəsində onunla yanaşı addımlayan Fransanın birinci ledisi Bricit Makronun ağ geyimi isə təqdirəlayiq hesab edilib.