
ABŞ-a narkotiklərin təxminən 90 faizi Meksikadan hərəkət edir və bununla əlaqədar tədbir görmək vaxtı çatıb.
Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp yazıb.
“Keçən il narkotiklərdən 80 min insan öldü, 1 milyon insanın həyatı dağıdıldı. Bu, illər boyunca davam edir”, - prezident qeyd edib.
Tramp bildirib ki, meksikalılar hazırda narkobaronlar və kartellərin nəzarətində olan ölkə üzərində nəzarəti özünə qaytarmalıdır.