SON DƏQİQƏ
» » Finlandiyada müəllimlər Ramazan ayından şikayət edirlər

Finlandiyada müəllimlər Ramazan ayından şikayət edirlər

Tarix:

29-05-2019, 17:30

/ 1 282 dəfə oxundu.
Finlandiyada müəllimlər Ramazan ayından şikayət edirlər

Ramazan bayramı Finlandiyada tədris prosesinə təsirsiz ötüşmür. Fin müəllimlər belə düşünür. Onlar Ramazan ayından şikayət edir.

GunAz.az xəbər verir ki, Finlandiyanın “Suomi Kuvalehti” nəşri bu haqda yazıb. Pedaqoqlar müsəlman uşaqların ac qalmasından narahatlıq ifadə ediblər. Müəllimlər ac şagirdlərin kosentrasiyanı itirdiyini deyir. Yoxlama işlərində daha çox həyəcanlanırlar, sinfin intizamı pozulur.

Tampere şəhər məktəbinin rəhbərliyi bildirib ki, şagirdlərin 40 faizi miqrantdır, 60 nəfər oruc tutur. Hətta məktəb rəhbərliyinin xəbərdarlığına da məhəl qoymurlar. Çünki valideynlər onların oruc tutmasını istəyir. Müsəlman miqrantların övladları 9 yaşından oruc tutmağa başlayır. Qızlar saçlarını tam örtən yaylıq bağlayır.

Finlandiya müəllimlərin həmkarlar ittifaqının sədri Payvi Lihikaynen deyir: “Məktəblər müsəlman şagirdlərin fin cəmiyyətinə inteqrasiyasında böyük rol oynayır. İbadət azadlığını dəstəkləmək lazımdır, amma qaydalar hamı üçün eyni olmalıdır. Ramazan və dualardan istifadə edərək imtiyaz axtarmaq lazım deyil”.

Finlandiyada yaşayan 5,5 milyon nəfərin təxminən 2,7 faizi İslama sitayiş edir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ