SON DƏQİQƏ

İran yeni hərbi birləşmənin anonsunu verdi

Tarix:

22-05-2019, 08:00

/ 199 dəfə oxundu.
İran yeni hərbi birləşmənin anonsunu verdi

İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların ölkəsinə qarşı apardığı "iqtisadi müharibə" ilə məşğul olmaq üçün genişləndirilmiş hərbi qurumlara ehtiyac olduğunu bildirib.

GunAz.az bildirir ki, son bir ildə Tehranla Vaşinqtonun münasibətləri pisləşib. ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxdığını və sanksiyaların bərpa olunduğunu elan edib.

Birləşmiş Ştatlar Tehrandan "təhdidlər"in gəldiyini desə də, İran iddianı rədd edir.

Ruhani İraqla 1980-88-ci illər müharibəsini yada salıb, o zaman Ali Müharibə Şurası digər qurumlardan yan keçərək iqtisadiyyat və hərbi fəaliyyətlə bağlı qərarlar verirdi.

"Bizə indi belə qurumlar lazımdır", Ruhani mayın 20-də deyib.

Prezident Vaşinqtonla gərginliyin danışıqlar və diplomatiya yolu ilə azaldılmasının tərəfdarı olduğunu deyib, ancaq indiki şərtlərlə deyil.Teleqraf

скачать dle 12.1

Şərhlər