SON DƏQİQƏ
» » İstanbulda seçkilərin nəticələri ləğv olundu

İstanbulda seçkilərin nəticələri ləğv olundu

Tarix:

6-05-2019, 21:00

/ 189 dəfə oxundu.
İstanbulda seçkilərin nəticələri ləğv olundu

Türkiyə Yüksek Seçim Kurulu (yerli Mərkəzi Seçki Komissiyası) bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib.

Türkiyə mətbuatının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib.

Məlumata görə, YSK bu qərarı 7 lehinə, 4 əleyhinə olmaqla qəbul edib.

Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.

Seçkilər iyunun 2-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ