SON DƏQİQƏ
» » Hakim partiya: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var

Hakim partiya: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var

Tarix:

9-04-2019, 15:21

/ 10 263 dəfə oxundu.
Hakim partiya: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbulda təkrar bələdiyyə seçkilərinin keçirilməsini tələb edir.

GunAz.az-ın məlumatına görə, bu barədə partiyanın sədr müavini İhsan Yavuz deyib.

O qeyd edib ki, partiyada seçkilərin saxtalaşdırılmasını sübut edən faktlar var: "İstanbulda keçirilən bələdiyyə seçkilərində saxtalaşdırma ilə bağlı yeni faktları yaxın vaxtlarda təqdim edəcəyik".

Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ