SON DƏQİQƏ

Türkiyə prezidentliyinə 6 namizəd kimdir?

Tarix:

11-05-2018, 08:04

/ 10 340 dəfə oxundu.
Türkiyə prezidentliyinə 6 namizəd kimdir?

Türkiyədə gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin ilkin siyahısı açıqlanıb.

Seçkilərə nəzarət edən Yüksek Seçim Kurulu (YSK) tərəfindən qeydiyyatdan keçirilmiş namizədlərin ilkin siyahısını “Resmi Gazete”də dərc olunub.

Namizədlərin yekun siyahısı mayın 13-də elan edilməlidir.

İlkin siyahıya heç bir etiraz yoxdursa və ya YSK etirazları rədd edirsə, prezidentlik uğrunda yarış altı namizəd arasında keçiriləcəkdir.

Namizədlər və onların mənsub olduğu partiyaların siyahısı aşağıdadır:

 Adalet ve Kalkınma Partisi – AKP və Milliyetçi Hareket Partisi – MHP-nin ümumi namizədi: Prezident Recep Tayyip Erdoğan Cumhuriyet Halk Partisi – CHP-nin namizədi: Yalovadan millət vəkili Muharrem İnce Halkların Demokratik Partisi – HDP-nin namizədi: İstanbuldan millət vəkili Selahattin Demirtaş İYİ Partinin namizədi: İYİ partiyasının baş katibi Meral AkşenerSaadet Partisi – SP-nin namizədi: SP-nin baş katibi Temel Karamollaoğlu Vatan Partisi – VP-nin namizədi: VP-nin baş katibi Doğu Perinçek

Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda baş tutacaq.

Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.

Ötən il ölkənin prezidentlik idarə sisteminə keçirilməsi ilə bağlı konstitusiyaya dəyişikləri üzrə referendumda prezident Tayyip Recep Erdoğan az fərqlə qalib gəlmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ