SON DƏQİQƏ

Əfqanıstanda 11 talib məhv edilib

Tarix:

13-04-2019, 19:36

/ 10 226 dəfə oxundu.
Əfqanıstanda 11 talib məhv edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının 11 üzvünü məhv edib.

GunAz.az-ın məlumatına görə, əməliyyat ölkənin Fəryab vilayətində aparılıb.

"Taliban" silahlıları Hvaca Namosi yaşayış məntəqəsində təhlükəsizlik qüvvələrinin blokpostlarına hücum edib. Hücum 10:30-da başlanıb, təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində, həmçinin, 23 talib yaralanıb.

Hərbçilərin məlumatına görə, atışma nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndələri və dinc sakinlər yaralanmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ