SON DƏQİQƏ
» » In dünyanı hədələdi: Zərbələr endirməliyik

In dünyanı hədələdi: Zərbələr endirməliyik

Tarix:

11-04-2019, 11:33

/ 10 155 dəfə oxundu.
In dünyanı hədələdi: Zərbələr endirməliyik

Şimali Koreya lideri Kim Çen In sanksiyaların köməyi ilə ölkəsini diz çökdürəcəyinə əmin olanlara zərbələr endirməyə çağırıb.

Yonhap agentliyinin məlumatına görə, bunu KXDR dövlət başçısı ölkənin hakim Əmək partiyasının iclasında bildirib.

“Biz inkişaf etməkdə olan sosialist iqtisadiyyatının bayrağını daima yüksək tutmalıyıq və yanılaraq bizi sanksiyalarda diz çökdürəcəyini düşünənlərə zərbələr endirməliyik”, - deyə Kim Çen In vurğulayıb.

Belə bir bəyanat ABŞ prezidenti Donald Trampın Cənubi koreyalı həmkarı Mun Çde İnlə görüşü ərəfəsində səslənib. Liderlər bu gün (aprelin 11-də) Vaşinqtonda danışıqlar aparacaq. Görüşdə başlıca olaraq Koreya yarımadasının nüvə probleminin müzakirə olunacağı bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ