SON DƏQİQƏ

Maduro işığa məhdudiyyət qoydu

Tarix:

1-04-2019, 18:33

/ 10 206 dəfə oxundu.
Maduro işığa məhdudiyyət qoydu

Venesuela prezidenti Nikolas Maduro öz Twitter səhifəsində ölkədə elektrik enerjisi istehsalı, bölgüsü və istehlakı ilə bağlı normaların tətbiq olunduğunu elan edib.

Onun sözlərinə görə, sözügedən məhdudiyyət 30 gün ərzində qüvvədə olacaq. Maduro əmin edir ki, bu cür ölçülər elektrik enerjisi istehsalı və onun təhlükəsiz verilişini balanslaşdırmağa imkan verir.

Venesuela liderinin bildirdiyinə görə, məhdudiyyət bu gündən (aprelin 1-i) qüvvəyə minir. 

Bundan əvvəl N.Maduro Venesuelanın elektrik təchizatı obyektlərinə “elektromaqnit hücumları”nın edildiyini, nəticədə, az qala bütün ölkənin işıqsız qaldığını bildirib. Maduro artıq neçənci dəfədir ki, təxribatın ABŞ-dan qaynaqlandığına eyham vurur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ