SON DƏQİQƏ
» » Peruda avtobusda faciə - Sərnişinlər diri-diri yandı

Peruda avtobusda faciə - Sərnişinlər diri-diri yandı

Tarix:

1-04-2019, 16:25

/ 10 185 dəfə oxundu.
Peruda avtobusda faciə - Sərnişinlər diri-diri yandı

Peruda ikimərtəbəli avtobusun yanması nəticəsində azı 20 sərnişin həlak olub.

El Comercio” nəşrinin yazdığına görə, qurbanların çoxu avtobusun ikinci mərtəbəsində olub və çıxılmaz vəziyyətə düşərək nəqliyyat vasitəsini tərk edə bilməyib.

Sağ qalanlar müxtəlif dərəcəli yanıq yaraları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Yanğın ikinci mərtəbəyə qalxan pilləkənlər və arxa qapının yerləşdiyi hissədə baş verdiyinə görə çıxış bağlanıb və insanlar xilas ola bilməyib.

Faciə paytaxt limanının qeyri-rəsmi avtobus dayanacağında qeydə alınıb.

скачать dle 12.1

Şərhlər