SON DƏQİQƏ
» » Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

Tarix:

26-03-2019, 16:30

/ 10 287 dəfə oxundu.
Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

Venesuelanın  90 faizindən çoxu 25 martda gün ərzində iki dəfə işıqsız qalıb.

El Nacional qəzetinin yazdığına görə, yerli vaxtla 22.00-da (Bakı vaxtı ilə 06.00, 26 mart - red.) vətəndaşlardan elektrik təchizatının kəsilməsi ilə bağlı şikayətlər daxil olmağa başlayıb.

Ölkənin 23 ştatından 21-i, o cümlədən, paytaxt Karakasın əksər rayonları zülmətə qərq olub.

Bundan əvvəl bazar ertəsində analoji olaraq əksər ərazilərdə, daha dəqiq desək, Karakas və 14 ştatda elektrik təchizatı kəsilmişdi. 

скачать dle 12.1

Şərhlər