SON DƏQİQƏ
» » Tehran əhalisinin Venesuela səfirliyi önündə piketi

Tehran əhalisinin Venesuela səfirliyi önündə piketi

Tarix:

29-01-2019, 19:33

/ 10 203 dəfə oxundu.
Tehran əhalisinin Venesuela səfirliyi önündə piketi

Bir qrup tələbə aktivist və İran vətəndaşı Venesuelada Amerikan dövlət çevrilişinə etiraz olaraq Tehranda bu ölkə səfirliyi önündə piket keçirib.

GunAz.az xəbər verir ki, Tələbə aktivistlər və Tehran əhalisi bu gün çərşənbə axşamı bu etiraz aksiyasında Allahu Əkbər, ABŞ-a ölüm, İngiltərəyə ölüm, İsrailə ölüm şüarları verərək, Venesueladakı amerikan dövlət çevrilişini qınayıblar. 

Aksiya iştirakçıları həmçinin, bir bəyanat yayaraq, ABŞ-ın Venesuelanın daxili işlərinə birbaşa müdaxiləsini qınayıblar. 

Venesuelanın Tehrandakı səfiri Xesus Qriqori Qonzales də piket iştirakçılarının qarşısına çıxaraq, İran və digər ölkələrə Venesuelanın qanuni hökumətinə verdikləri dəstəyə görə təşəkkür edib və Vaşinqtonun müdaxilə siyasətini qınayıb. 

скачать dle 12.1

Şərhlər