SON DƏQİQƏ
» » Qasemi: "avropalılar maliyyə mexanizmini icra etməklə Amerikadan müstəqil olduqlarını sübut etsinlər"

Qasemi: "avropalılar maliyyə mexanizmini icra etməklə Amerikadan müstəqil olduqlarını sübut etsinlər"

Tarix:

28-01-2019, 18:07

/ 10 265 dəfə oxundu.
Qasemi: "avropalılar maliyyə mexanizmini icra etməklə Amerikadan müstəqil olduqlarını sübut etsinlər"

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Avropalılar İranla SPV adlı maliyyə mexanizmini icra etməklə sübut edə bilərlər ki, Amerikadan və bu ölkənin təzyiqlərindən müstəqildirlər.

GunAz.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün IRIB müxbiri ilə müsahibədə İranla Avropa arasında maliyyə mexanizminin icrası zamanının uzanmasına toxunaraq, əlavə edib: Bu, avropalıların özlərinin təklifi idi ki, Amerikanın nüvə anlaşmasından çıxmasından və sanksiyaların geri dönməsindən sonra yeni maliyyə mexanizminin yaradılması ilə nüvə anlaşmasının iqtisadi sahədə yarada biləcəyi məziyyətləri təmin etsinlər.

Qasemi həmçinin Venesuela olaylarına toxunaraq, bildirib: Venesuelanın taleyini bu ölkənin xalqı təyin edir və əgər Venesuelanın daxilində problemlər və fikir ayrılıqları vardırsa da dialoq və anlaşma ilə həll edilməlidir.

Amerikanın Venesuelanın daxili işlərinə qarışmasını pisləyən İran Xarici İşlər Nazirliyinin sözçüsüsöyləyib: Belə bir qanunsuz fenomen yaranmamalıdır ki, Amerika kimi ölkələr hazırkı dövrdə keçmişdəki kimi başqa ölkələrin daxili işlərinə müdaxilə etmək istəmiş olsunlar.

Qasemi belə qeyd edib: Amerika da digər ölkələr kimi BMT-də bir səsə malikdir, buna görə, bu cür artıqtamahlıqlardan, artıqtələbliklərdən və öz nəzərlərini digər ölkələrə qəbul etdirməkdən çəkinməlidir.

Venesuela ötən bir neçə ayda bu ölkə dövləti müxaliflərinin aksiyaları və çaxnaşmalarının şahididir. Amerika da sanksiya tətbiq edib, Venesuela dövləti müxaliflərinə dəstək verməklə anti-Amerika mövqeyinə malik olan bu ölkənin qanuni dövlətini devirməyə çalışır.

скачать dle 12.1

Şərhlər