SON DƏQİQƏ
» » Putin də Venesueladakı çevrilişi dəstəkləmədi

Putin də Venesueladakı çevrilişi dəstəkləmədi

Tarix:

24-01-2019, 10:29

/ 10 246 dəfə oxundu.
Putin də Venesueladakı çevrilişi dəstəkləmədi

Rusiya Federasiyası Venesuelada qanuni prezident olaraq Nikolas Maduronu tanıyır. Baxmayaraq ki, ölkədə baş vermiş hakimiyyət çevirilişi nəticəsində Xuan Quaydo keçid dövrü üçün müvəqqəti prezident elan edilib, rəsmi Moskva Rusiyanın mövqeyinin dəyişməz qaldığını bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti də Venesuelanın prezidenti Nikolas Maduroya zəng edərək ona dəstək olduğunu söyləyib. Ərdoğan ona "Maduro, qardaşım, yanındayıq" deyib

GunAz.az xəbər verir ki, bu barədə Federasiya Şurasında bildirilib.

Kreml ABŞ prezidenti Donald Trampı Venesuelanın işlərinə kobud şəkildə müdaxilədə də ittiham edib.

Qeyd edək ki, ötən gün Venesuelanın paytaxtı Karakasda əhali prezident Nikolas Maduronun istefası tələbilə ayağa qalxıb.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.

Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıyıb.

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

ABŞ-ın ardınca Kanada, Argentina, Çili, Ekvador, Paraqvay, Kolumbiya, Kosta Rika, Braziliya, Cənubi Amerikanın bir sıra dövlətləri də Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. Fransa isə daha əvvəl yeni prezidentə dəstək verib.

Meksika və Boliviya isə Maduronu ölkənin qanuni lideri hesab edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ