SON DƏQİQƏ
» » Trampın məsləhətçisi Maduronun ittihamlarına cavab verdi

Trampın məsləhətçisi Maduronun ittihamlarına cavab verdi

Tarix:

5-08-2018, 18:58

/ 10 231 dəfə oxundu.
Trampın məsləhətçisi Maduronun ittihamlarına cavab verdi

Amerika hakimiyyətinin Venesuela prezidenti Nikolas Maduroya sui-qəsdlə heç bir əlaqəsi yoxdur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalına bildirib.

"Mən birmənalı deyə bilərəm, sui-qəsddə ABŞ hökumətinin heç bir iştirakı yoxdur”, - o deyib.

Qeyd edək ki, bu gün Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Hadisə hərbi parad zamanı partlayış baş verib.

Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib, sui-qəsdin təşkilatçılarından bir çoxunun isə ABŞ-da, Florida ştatında yaşadığını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ