SON DƏQİQƏ
» » Venesuela prezidentinə “Dron”lu sui-qəsd – VİDEO

Venesuela prezidentinə “Dron”lu sui-qəsd – VİDEO

Tarix:

5-08-2018, 08:48

/ 10 230 dəfə oxundu.
Venesuela prezidentinə “Dron”lu sui-qəsd – VİDEO

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsdin təşkilatçılarının bir hissəsi artıq saxlanılıb.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının özü bildirib.

Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib.

“Dərhal araşdırma başlandı, artıq sui-qəsdin təşkilatçılarının bir hissəsi saxlanılıb”, - o xalqa telemüraciətində bildirib.

Onun sözlərinə görə, Venesuela sağ gücləri və prezident Xuan Manuel Santosun başçılıq etdiyi Kolumbiya sağ gücləri sui-qəsd cəhdinə təşəbbüs ediblər.

O əlavə edib ki, ki, ona sui-qəsdin təşkilatçılarından bəziləri Birləşmiş Ştatlarda yaşayır.

“İlk araşdırmalara görə, sui-qəsdin təşkilatçılarından bir çoxu ABŞ-da, Florida ştatında yaşayır. Ümid edirəm ki, Donald Tramp hökuməti dinc ölkələrə, o cümlədən Venesuelaya sui-qəsdlər edən terrorçu qruplarla mübarizə aparmağa hazır olacaq”, - Maduro bildirib.

Prezidentin sözlərinə görə, partlayıcı qurğu birbaşa onun yanında partlayıb.

“Bu, güclü partlayış idi. Birincisi, mənim reaksiyamı yoxlamaq üçün idi. Sonra ikinci partlayış oldu. Amma Allah məni müdafiə edir, Yer kürəsində isə xalq və silahlı qüvvələr məni müdafiə edir”, - Maduro qeyd edib.

Prezident ona sui-qəsd edənlərə sərt cəza söz verib:

“Maksimal cəza olacaq! Bağışlanmalar olmayacaq”.

Məlumata görə, parad zamanı partlayıcı maddəylə dronlar Bolivarın prospekti üzərində qəflətən çıxıb. Venesuelanın rabitə və informasiya naziri Rodrigesin Xorxenin sözlərinə görə, bir neçə uçuş aparatı partlayışların səbəbi olub. Partlayışlar nəticəsində 7 hərbi qulluqçu yaralanıb. Maduro təhlükəsiz yerə təxliyyə edilib və zərər çəkməyib.

Polisdəki mənbə bildirib ki, Maduronun çıxış etdiyi tribunaya uçmuş pilotsuz aparatı vurmaq mümkün olub.

Son məlumata görə, Maduroya sui-qəsd cəhdi üçün məsuliyyəti “Flanel əsgərlər” gizli qrupu öz üzərinə götürüb.

“Əməliyyat uçuşunda S4 partlayıcı maddəylə yüklənmiş iki dron iştirak edirdi. Onlar prezidentin olduğu tribunaya çatana kimi qvardiyanın snayperləri tərəfindən vuruldu. Onlar zəifdir, indi alınmadı, amma bu, vaxt məsələsidir”, - qrupun Tvitterdəki mikrobloqunda dərc edilən xəbərdə deyilir.

Meksikanın “Sin Embargo” portalı qeyd edir ki, “Flanel əsgərlər” qrupu 2014-cü ildə yaradılmışdı və üsyançı polis Oskar Pereslə bağlı idi. Peres 2018-ci ilin yanvarında xüsusi əməliyyatın gedişatında məhv edilmişdi. Qrup Maduroya qarşı milli səviyyədə mübarizə aparan bütün güclərin birləşməsini özünü hədəfi hesab edir.

***

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub.

GunAz.az xəbər verir ki, bu barədə Karakasdakı mənbəyə istinadən "RİA-Novosti" agentliyi məlumat yayıb.

Hadisə hərbi parad zamanı partlayış baş verib. Prezident və hökumət nümayəndələrinin partlayış zamanı xəsarət almadıqları bildirilir. Hadisənin detalları barədə əlavə məlumat yoxdur.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ