Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olub.
Gunaz.az xəbər verir ki, bu xəbər təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.
Sui-qəsd xəbəri ilə bağlı detallı istintaq işlərinin davam etdiyi bildirilib. Hazırda sui-qəsdin təşkil edildiyi yer, zaman, planlaşdırılan sui-qəsdin metodu barədə dəqiq məlumat olmadığı, kəşfiyyat təşkilatlarının məsələnin araşdırılması zamanı koordinasiya içərisində hərəkət etdiyi və informasiya mübadiləsində olduqları qeyd edilib. (axar.az)