SON DƏQİQƏ

Avropa İttifaqından İrana ZƏRBƏ

Tarix:

8-01-2019, 15:11

/ 10 215 dəfə oxundu.
Avropa İttifaqından İrana ZƏRBƏ

Avropa İttifaq (Aİ) İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, bu haqda Danimarkanın xarici işlər naziri Anders Samuelsen tvitter hesabından bildirib.

Onun sözlərinə görə, qərar İranın Avropadakı bəzi şəxslərə sui-qəsd planlaşdırması ilə bağlıdır.

“Avropanın xarici siyasəti üçün əhəmiyyətli bir gündür. Avropa İttifaqı Avropada həyata keçirdiyi sui-qəsdlər səbəbiylə İranın kəşfiyyat təşkilatına qarşı sanksiyaların tətbiqi mövzusunda razılaşdı. Bu, Avropa İttifaqından belə bir davranışı qəbul etməyəcəyimizə dair güclü bir siqnaldır”, - danimarkalı nazir qeyd edib.

Xatırladaq ki, ötən ilin oktyabrında Danimarka təhlükəsizlik gücləri İran kəşfiyyatı ilə əlaqəsinin olduğu bildirilən bir şəxsi “Ərəb Əhvaz Qurtuluş Hərəkatı”nın liderinə sui-qəsd planlaşdırmaqda ittiham edərək həbs etmişdi. İran Danimarkanın iddialarını rədd etmişdi.

Qeyd edək ki, Avropa İttifaqı ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra bu ölkə ilə əməkdaşlığı davam etdirəcəyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ