SON DƏQİQƏ
» » İran üçün mühüm görüş - Avropa QƏRARINI DƏYİŞƏCƏKMİ?

İran üçün mühüm görüş - Avropa QƏRARINI DƏYİŞƏCƏKMİ?

Tarix:

25-07-2018, 08:33

/ 10 227 dəfə oxundu.
İran üçün mühüm görüş - Avropa QƏRARINI DƏYİŞƏCƏKMİ?

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə İranın nüvə proqramını müzakirə edəcək.

GunAz.az bildirir ki, bu haqda Ağ Evin rəsmi nümayəndəsi Hoqan Hidli “Röyters” agentliyinə bildirib.

“İran stabilliyi pozan davranışına son qoymalı, terrorizmə sponsorluğu dayandırmalıdır. O, ölkəmizi daim hədələyir, regionda tək müttəfiqimiz olan İsrail haqqında heç danışmıram. Əminəm ki, sabah Avropa İttifaqı ilə müzakirələrin gedişatında İranı belə davranışı dayandırmağa məcbur etməyin yolları müzakirə mövzusu olacaq”, - Qidli deyib.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidentin Vaşinqtonun İranın nüvə proqramı üzrə beynəlxalq razılaşmadan çıxdığını elan edib. Lakin razılaşmanın iştirakçıları olan Avropa üçlüyü – Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planına riayət edəcəklərini bəyan ediblər.

Bundan başqa, gözlənildiyi kimi, Tramp və Yunkerin danışıqlarında, əsasən ticarət mövzusuna toxunulacaq. Tramp Avropa İttifaqından polad və alüminiuma gömrük rüsumları tətbiq edib, Avropa İttifaqı isə cavab ölçülərinin hazırlanacağını açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ