SON DƏQİQƏ

Daha bir ölkə rus dilindən imtina etdi

Tarix:

5-01-2019, 13:10

/ 10 230 dəfə oxundu.
Daha bir ölkə rus dilindən imtina etdi

Estoniya rus dilində təhsili ləğv etdiyini təsdiqləyib.

Məlumata görə, Estoniya prezidenti Kersti Kalyulayd bildirib ki, ölkədəki rusdilli məktəblərin eston dilində təhsil vermələri məsələsi çoxdan həll olunub.

"Bz faktiki olaraq bu barədə qərarı qəbul etdik. Hərçənd, onun haqda danışmırdılar, çünki Estoniyada rus məktəbləri üçün müəllimlər hazırlanmır", - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, qeyri-millətlərdən olan şagirlərə seçim verilmir.

Estoniya rəhbərinin sözlərinə görə, şagirdlər eston dilli məktəblərdə təhsil alacaqlar. Kalyulayd deyib ki, belə tədbirlər uşaqlara özlərini digər şagirdlərlə bərabər hiss etmələri üçün lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ