SON DƏQİQƏ

Prezident oğluna yeni vəzifə verdi

Tarix:

3-01-2019, 12:59

/ 10 224 dəfə oxundu.
Prezident oğluna yeni vəzifə verdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

GunAz.az xəbər verir ki, Berdiməhəmmədov oğluna Ahal vilayətinin rəhbərinin müavini vəzifəsini həvalə edib.

Qeyd edək ki, əvvəllər Türkmənistanın paytaxtı Aşqabad şəhəri Ahal vilayətinin tərkibində yer alıb. Sonradan paytaxt ayrı administrativ mərkəzə çevrilib və Ahal vilayətinin mərkəzi Annau şəhəri elan edilib.

Berdiməhəmmədovun əmriylə bu şəhər yenidən qurulmalı və ən azı Aşqabad qədər cəlbedici arxitekturaya sahib olmalıdır.

Sərdar Berdiməhəmmədov 2018-ci ilin yazından xarici işlər nazirinin müavini vəzifəsini icra edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ