SON DƏQİQƏ
» » Saakaşvilinin adamı siyasətə qayıdır: Yeni müxalifət

Saakaşvilinin adamı siyasətə qayıdır: Yeni müxalifət

Tarix:

23-12-2018, 19:36

/ 10 175 dəfə oxundu.
Saakaşvilinin adamı siyasətə qayıdır: Yeni müxalifət

Gürcüstanın keçmiş müdafiə naziri, Mixail Saakaşvilinin yaxın tərəfdaşlarından sayılan İrakli Okruaşvili yeni bir partiya yaradaraq hazırda iqtidarda olan “Gürcü arzusu”na qarşı müxalif mövqedə dayanacaq.

Axar.az xəbər verir ki, bu barədə İrakli Okruaşvili “Rustavi 2” telekanalına müsahibəsi zamanı danışıb.

Keçmiş müdafiə naziri hazırda iqtidarda olan partiya və onun yaradıcılarından sayılan Bidzina İvanişviliyə qarşı kəskin fikirlər səsləndirib.

“Ya biz onu nigaha apararıq, ya o bizi prokurora. Ancaq İvanişvili ona qarşı səs vermiş milyon nəfəri prokurora apara bilməz. Yazda müəyyən proseslər başlayacaq ki, biz bunun köməyi ilə onu nigaha aparacağıq”, - Okruaşvili bildirib.

скачать dle 12.1

Şərhlər