SON DƏQİQƏ

Ağ Evdə daha bir gözlənilməz istefa

Tarix:

22-12-2018, 23:04

/ 10 216 dəfə oxundu.
Ağ Evdə daha bir gözlənilməz istefa

ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk istefa verib.

“Qafqazinfo”nun “CBS News”a istinadən xəbərinə görə, o, 2019-cu ilin fevralında öz postunu tərk edəcək.

Bildirilir ki, D.Trampın ABŞ ordusunun Suriyadan çıxmasına dair qərarına görə Makqurkla prezident arasında yaranmış fikir ayrılığı onun istefa qərarına səbəb olub.

Qeyd edək ki, B. Makqurk 2015-ci ildən İŞİD-lə mübarizə ilə bağlı məsələlərlə məşğul olur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ