SON DƏQİQƏ

PKK Avropanı İŞİD-çilərlə hədələdi

Tarix:

22-12-2018, 22:00

/ 10 186 dəfə oxundu.
PKK Avropanı İŞİD-çilərlə hədələdi

ABŞ-ın Suriyadan çəkilmək barədə qərarından sonra YPG terrorçuları Avropanı İŞİD-çiləri azadlığa buraxmaqla hədələyib.

Axar.az xəbər verir ki, özlərini Suriya Demokratik Qüvvələri adlandıran PKK üzvləri İlham Əhməd və Riad Dirar dəstək almaq üçün Fransaya səfər edib. Terrorçular Fransa Prezidenti Emmanuel Makronla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. PKK-çılar bunun əvəzində Makronun məsləhətçiləri ilə görüşüblər. Görüş barədə Fransanın "Le monde" qəzetinə açıqlama verən PKK nümayəndəsi Əhməd İlham vəziyyətdən narahat olduqlarını söyləyib:

“Həmsöhbətlərimizə ABŞ-ın Suriyadan çəkilməsinin nəticələri ilə bağlı qorxduğumuzu dedik və onlarla bunun İŞİD-ə qarşı mübarizədə mənfi nəticələrini incələmək istədik. Artıq həbsxanalarımızı yoxlamayacağıq və Fransa daxil olmaqla Qərb ölkələri adına orada saxladığımız yüzlərlə İŞİD-çinin qaçmasından qorxmaq məcburiyyətində qalacağıq. Müttəfiqlərimiz anlamalıdır ki, geri çəkilmələrindən dolayı torpaqlarımızı itirsək, yad terrorçuları özümüzlə birgə aparmayacağıq. Onlar (fransızlar) diplomatik səviyyədə səy göstərəcəklərini deyirdilər. Amma konkret addım atılmayıb”.

Qeyd edək ki, bundan əvvəl “Nyu York Tayms” qəzeti PKK-çı terrorçuların ABŞ-ın sözügedən qərarından sonra həbsxanalardakı İŞİD üzvlərini azadlığa buraxılmasını müzakirə etdiklərini iddia etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ