SON DƏQİQƏ
» » Məşhur müğənni türk iş adamından boşanır

Məşhur müğənni türk iş adamından boşanır

Tarix:

21-12-2018, 12:58

/ 10 203 dəfə oxundu.
Məşhur müğənni türk iş adamından boşanır

Ani Lorakın türk iş adamı Murad Nalçacıoğlundan boşanacağı barədə şayələr reallığa çevrilib.

GunAz.az xəbər verir ki, Ani Lorak ərindən rəsmən boşanmaq qərarına gəlib. Bu barədə Kiyevin Şevçenkovsk məhkəməsinin internet səhifəsində məlumat yerləşdirilib.

Ani dekabr ayının dördündə boşanmaq üçün müraciət edib. Məhkəmənin ilk iclası 24 dekabr tarixinə təyin edilib. Ani və Murad əmlak bölgüsündən başqa qızlarının kiminlə qalacağını qərarlaşdıracaqlar. Cütlüyün 7 yaşlı Sofiya adlı qız övladı var.

Boşanma səbəbi barədə hələlik məlumat verilmir. Amma KİV Muradın xəyanətinə görə Aninin boşanma qərarı aldığını yazır. İyul ayının sonunda Nalçacıoğlu Kievdəki karaoke-barda Yana adlı qızla çox səmimi görüntülənmişdi.(ölkə.az)

скачать dle 12.1

Şərhlər