SON DƏQİQƏ
» » “Səndən narahatam” – Prezident və şahzadə arasında qısa dialoq

“Səndən narahatam” – Prezident və şahzadə arasında qısa dialoq

Tarix:

2-12-2018, 13:39

/ 10 401 dəfə oxundu.
“Səndən narahatam” – Prezident və şahzadə arasında qısa dialoq

Fransa Prezidenti Emmanuel Makron G-20-nin Argentinada keçirilən sammiti çərçivəsində Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Teleqraf.com xəbər verir ki, ayaqüstü görüşdə jurnalist Camal Qaşıqçı cinayəti müzakirə edilib.

Mobil telefonların kameralarına tuş gələn görüşdə Salmanın gülümsəyərək, Makrona “Narahat olma” dediyi eşidildiyi halda, Fransa başçısı ona “Narahatam” cavabını verir.

Makron “Mənə heç qulaq asmadın” deyə söhbətə davam edərkən, şahzadə ona cavabında “Əlbəttə, dinlədim” ifadəsinə yer verir.

Söhbətin yekununda Fransa prezidentinin “Mən sözümün arxasındayam”, dediyi eşidilir.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirildiyi iddia olunur.

скачать dle 12.1

Şərhlər