SON DƏQİQƏ

Britaniya məktəblərində qəribə qadağa

Tarix:

24-10-2018, 08:16

/ 10 242 dəfə oxundu.
Britaniya məktəblərində qəribə qadağa

İngiltərənin Birminhem şəhərindəki məktəblərdən birində tənəffüs zamanı uşaqların bir-biri ilə danışmasına qadağa qoyulub.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, qaydanı pozan şagirdlər cəzalandırılaraq dərsdən 20 dəqiqə uzaqlaşdırılacaq. Əgər bu qayda daha çox pozulsa, cəzalar da artacaq.

Bu qaydaya əsasən şagirdlər yalnız restoran və yemək məkanlarında bir-biriləri ilə ünsiyyət qura bilərlər.

Məktəb rəhbərliyi yeni metodun əsas məqsədinin uşaqların sakit və öyrənməyə hazır şəkildə dərsə başlamasını təmin etmək olduğunu bildirib. Lakin bəzi valideynlər bunun uşaqları bir-birinə yadlaşdıracağını iddia edirlər.

Qeyd edək ki, Naynsatyl adlı məktəbdə 1400 şagird təhsil alır. Yeni qayda noyabr ayının 5-dən tətbiq ediləcək.

скачать dle 12.1

Şərhlər