SON DƏQİQƏ
» » Dəhşətli avtomobil qəzası — 40 -dan çox ölü

Dəhşətli avtomobil qəzası — 40 -dan çox ölü

Tarix:

10-10-2018, 13:18

/ 10 206 dəfə oxundu.
Dəhşətli avtomobil qəzası — 40 -dan çox ölü

Keniyanın qərbində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, qəza nəticəsində sərnişin avtobusu aşıb və 42 nəfər həlak olub. Bu barədə Keniya polisi yerli “Daily Nation” qəzetinə məlumat verib.

Polis rəsmisi Ceyms Moqera bildirib ki, qəza Keriço dairəsi yaxınlığında baş verib. Hadisə şahidlərinin ifadəsinə əsasən, 67 nəfər üçün nəzərdə tutulan avtobus sərt döngədə maneəyə çırpılaraq aşıb.

İnsidentin digər səbəbləri araşdırılır. Polisdən bildiriblər ki, həlak olanların sayı arta bilər. Çünki bir neçə sərnişini hələ də qəzaya düşmüş avtobusdan çıxarmaq mümkün olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ