SON DƏQİQƏ
» » Dünyanın ən kasıb prezidenti traktor sürür - Foto

Dünyanın ən kasıb prezidenti traktor sürür - Foto

Tarix:

1-09-2018, 14:24

/ 10 290 dəfə oxundu.
Dünyanın ən kasıb prezidenti traktor sürür - Foto

Sadə həyat tərzinə görə dünyanın ən kasıb prezidenti ləqəbi qazanan Uruqvayın keçmiş dövlət başçısı Xose Muxika senator pensiyasını almaqdan imtina edib.

GunAz.az “BBC”yə istinadla xəbər verir ki, 2015-ci ildən Uruqvay senatında çalışan Xose Muxika bu həftə senator postunu da tərk edib.

Prezidentlik müddəti bitəndən sonra senatda vəzifə tutan Xose Muxika pensiyaya çıxmaq üçün məktubla müraciət edib. Keçmiş prezidentin 2020-ci ilə qədər senator kreslosunda qala biləcəyi vurğulansa da, o, uzun müddətli əmək stajına görə yorulduğunu qeyd edib.

Prezidenliyi müddətində də öz həyat yoldaşı ilə birlikdə ailə fermasında yaşayan Xose Muxika uzun illərdir satış üçün gül becərir və maaşının 90 faizini xeyriyyəçiliyə sərf edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ