SON DƏQİQƏ
» » “Mançester Siti” İsko üçün inanılmaz qiymət təklif etdi

“Mançester Siti” İsko üçün inanılmaz qiymət təklif etdi

Tarix:

27-03-2018, 11:41

/ 10 389 dəfə oxundu.
“Mançester Siti” İsko üçün inanılmaz qiymət təklif etdi

"Mançester Siti” futbol klubu cari mövsüm başa çatandan sonra "Real”ın oyunçusu İskonu heyətinə cəlb etmək istəyir.

Gunaz.az xəbər verir ki, İspaniya yığmasının 25 yaşlı futbolçusunun sentyabrda imzaladığı müqaviləyə əsasən, təzminat məbləği 700 milyon avro təşkil edir. "Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola ispaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir. "Mançester Siti” İsko üçün "Real”a 86 milyon avro təklif edib.

İngiltərənin "Mançester Yunayted”, "Çelsi” və "Arsenal” klubları da İskoyla maraqlanır.

İskonun "Kral” klubu ilə müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub. İsko cari mövsümdə 40 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ