SON DƏQİQƏ
» » Türkdilli dövlətlərin başçıları bu tarixdə görüşəcəklər

Türkdilli dövlətlərin başçıları bu tarixdə görüşəcəklər

Tarix:

27-08-2018, 23:16

/ 10 367 dəfə oxundu.
Türkdilli dövlətlərin başçıları bu tarixdə görüşəcəklər

3 illik fasilədən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammitinin keçiriləcəyi vaxt məlum oldu.

GunAz.az-ın məlumatına görə, türk dilində danışan ölkələrin başçıları sentyabrın 3-də Qırğız Respublikasında İssık-Kul gölünün sahilində, Çolpan-Ata şəhərində toplaşacaqlar. Bununla da 6-cı sammit baş tutacaq. Hələ 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilmiş son sammitdə gələcək sammitin yeri və vaxtı barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Azərbaycan Prezidenti İlham Əliyev arasında maraqlı dialoq olmuşdu.

Sammitdə məkanla bağlı yekdil razılıq İssık-Kul sahili olmuşdu. Beləliklə, gələn ay türkdilli ölkələrin dövlət başçıları Qırğızıstanın mirvarisi sayılan İssık-Kul gölü sahilində bir araya gələcəklər. Artıq tərəflərin hamısı iştiraklarını təsdiqləyiblər. Görüşün məhsuldar olacağı da gözlənilir.

Türk Şurasının baş katibi Ramil Həsənov sammitlə bağlı hazırlıq işlərinin davam etdiyini deyib.

Sammit inteqrasiya prosesləri və türkdilli mədəniyyətin təbliğinə dəstək məqsədi daşıyır. Sammit çərçivəsində təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Qeyd edək ki, TDƏŞ-ə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Türkmənistan isə Türk Şurasında müşahidəçi statusuna malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.()

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ