SON DƏQİQƏ
» » Azərbaycan bu üç ölkə ilə birlikdə MƏRKƏZ YARADACAQ

Azərbaycan bu üç ölkə ilə birlikdə MƏRKƏZ YARADACAQ

Tarix:

27-08-2018, 20:19

/ 10 293 dəfə oxundu.
Azərbaycan bu üç ölkə ilə birlikdə MƏRKƏZ YARADACAQ

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar.

GunAz.az-ın məlumatına görə, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.

Mərkəzin rəhbərini Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməklə təyin edəcək. O, 4 il müddətinə seçiləcək. Mərkəzin ilk prezidenti Qırğızıstan nümayəndəsi olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ