SON DƏQİQƏ

PKK-nın beş üzvü məhv edildi

Tarix:

1-08-2018, 12:01

/ 10 251 dəfə oxundu.
PKK-nın beş üzvü məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin Şırnak bölgəsində terror aktı törətməyə hazırlaşan beş PKK mənsubunu məhv edib.
GunAz.az  Türkiyənin rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, PKK terrorçularının yeri və hərəkət istiqamətləri pilotsuz aparatlarla müəyyənləşdirilib.
Hakkarinin Yüksekova rayonunda isə PKK tərəfdarlarının əvvəlcədən yola quraşdırdıqları partlayıcının işə salınması nəticəsində Nurcan Karakaya və 11 aylıq körpəsi həlak olub. N.Karakaya övladı ilə birlikdə bölgədə hərbi xidmətdə olan həyat yoldaşına baş çəkməkdən geri qayıdarkən mülki maşında terrorçuların hədəfinə tuş gəlib.
скачать dle 12.1

Şərhlər