SON DƏQİQƏ

Gürcüstan prezidenti ABŞ-da cərimələndi

Tarix:

31-07-2018, 09:03

/ 10 250 dəfə oxundu.
Gürcüstan prezidenti ABŞ-da cərimələndi

Gürcüstan prezidenti Georgiy Marqvelaşvili ABŞ-a rəsmi səfəri zamanı mehmanxanada siqaret çəkdiyinə görə cərimələnib.

GunAz.az xəbər verir ki, bu barədə “Praym Taym”ın təqdim etdiyi sənədə istinadla “İmedi” telekanalı məlumat yayıb. 

“Hadisə mart ayında baş tutan səfər zamanı meydana gəlib. Marqvelaşvili siqaret çəkdiyinə görə 750 dollar məbləğində cərimələnib”, - məlumatda deyilir.

Gürcüstan prezidentinin əvvəllər də belə “xətalara” yol verdiyi qeyd olunur.

“Amma ən dəhşətlisi budur ki, cərimələri prezident öz vəsaiti hesabına deyil, dövlət büdcəsindən ödəyir”, - “İmedi” yazır.

Telekompaniya xatırladır ki, 2018-ci ilin mayında Marqvelaşvili ezamiyyət xərclərinə görə ittihamlara hədəf olmuşdu.(Oxu.az)

скачать dle 12.1

Şərhlər