SON DƏQİQƏ
» » Rusiya bu ölkədən göbələk tədarükünü dayandırır

Rusiya bu ölkədən göbələk tədarükünü dayandırır

Tarix:

24-07-2018, 15:08

/ 10 289 dəfə oxundu.
Rusiya bu ölkədən göbələk tədarükünü dayandırır

Rusiya Kənd Təsərrüfatı Nazirliyi iyulun 24-dən Belarusdan şampinyon göbələklərinin tədarükünü dayandıracaq.
GunAz.az xəbər verir ki, buna səbəb Rusiya tərəfindən müvafiq qurumun Pskov vilayətində sərhəd-buraxılış məntəqəsində apardığı fitosanitar yoxlama olub. Belə ki, Belarusdan Rusiyaya gətirilməsi nəzərdə tutulan 4,608 ton göbələyin sənədlərinin qaydada olmadığı, məhsulun markalanmasında problem olduğu ortaya çıxıb.
Müvafiq qurum bildirir ki, bəzi göbələk qutularında məhsulun Polşada istehsal olunması qeyd olunan markalanma olub.
Rusiya tərəfi Belarusdan faktın araşdırılmasını xahiş edib.
скачать dle 12.1

Şərhlər