SON DƏQİQƏ
» » İran deputatı sərhəddə - “Buranı Ermənistan işğal edib”

İran deputatı sərhəddə - “Buranı Ermənistan işğal edib”

Tarix:

6-06-2018, 14:20

/ 10 332 dəfə oxundu.
İran deputatı sərhəddə - “Buranı Ermənistan işğal edib”

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, tarixi Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən N.Qazipur öz instaqram səhifəsində Xudafərin körpüsündə çəkdiyi şəkli paylaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyib:

“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsü. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”, - deyə o öz səhifəsində yazıb.

 

İran deputatı sərhəddə - “Buranı Ermənistan işğal edib”

 

скачать dle 12.1

Şərhlər